Etirazçılar Kanada – ABŞ sərhədini bağladılar – VİDEO

9-02-2022, 00:07           
Etirazçılar Kanada –
Kanadada koronavirus məhdudiyyətlərinə etiraz edənlər Ontario əyalətinin Vindzor şəhərini ABŞ-ın Detroit şəhəri (Miçiqan ştatı) ilə birləşdirən körpünü bağlayıblar.

Kanada bayraqları daşıyan etirazçılar bazar ertəsi axşamından Kanadanın ən işlək quru sərhəd keçidlərindən biri və əsas yük maşını marşrutu olan “Ambassador” körpüsünə toplaşıblar.

Məlumata görə, Ontario polisi sürücülərə körpünün hər iki istiqamətdə bağlı olduğu barədə xəbərdarlıq edib və onlara alternativ yollardan istifadə etməyi tövsiyə edib. Eyni zamanda, Kanada Sərhəd Agentliyi sürücülərə körpünün üç kilometrliyində yerləşən tuneldən istifadə edə biləcəklərini də deyib.

Miçiqan Nəqliyyat Departamenti körpünün hələ də bağlı qaldığı barədə məlumat paylaşıb.

Gununsesi.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru