İsrail aviasiyası Dəməşqi vurdu: ölü və yaralılar var

9-02-2022, 12:33           
İsrail aviasiyası Dəməşqi vurdu: ölü və yaralılar var
İsrail ordusu bu gün gecə saatlarında Suriyaya aid radar və zenit qurğularını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Suriyadan atılan zenit raketi İsrail hava məkanında partladıqdan sonra İsrail Müdafiə Qüvvələri Suriyadakı zenit qurğularına hücum edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın radar və zenit qurğularına zərbələr endiriblər”, - məlumatda qeyd olunub.

Suriyanın SANA agentliyinin verdiyi məlumata görə, Dəməşqə endirilən zərbələr nəticəsində Suriya ordusunun 1 hərbçisi ölüb, daha 5 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru