"Bu nağılları nənənə danış"

9-02-2022, 16:26           
"Bu nağılları nənənə danış"
Saakaşvilinin "Pencəklər işi" üzrə məhkəmə prosesi davam edir

"Bu məhkəmə prosesi deyil, istəyirsən bağla, istəyirsən də ört, məhkəmə deyə bir şey yoxdur".

Teref.az-ın yazdığına görə, Paralel.az gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri sabiq prezident Mixail Saakaşvili, mübahisənin davam edəcəyi halda, prosesi bağlı elan edəcəyini söyləyən hakimə deyib. Mübahisə ilə başlayan məhkəmə prosesində hakim tərəflərə müraciət edərək mübahisə dayanmayacağı təqdirdə, məhkəməni bağlı elan edəcəyini deyib. Bu zaman Saakaşvili hakimə "bu məhkəmə prosesi deyil, istəyirsən bağla, istəyirsən də ört, məhkəmə deyə bir şey yoxdur, bu nağıllarını get nənənə danış!" deyə cavab verib. Onun bu sözlərindən sonra hakim Saakaşviliyə töhmət elan edib və sakit olmayacağı təqdirdə, zaldan çıxarılacağını diqqətinə çatdırıb.

Hazırda məhkəmə prosesi yenə də səs-küylü şəraitdə davam edir.

Qeyd edək ki, keçmiş prezident Mixail Saakaşvilinin hazırda Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə prosesi "Pencəklər işi” ilə bağlıdır. O, hakimiyyətdə olduğu zaman dövlət büdcəsindən qanunsuz bir sıra xərclər etməkdə və özü üçün pencək almaqda ittiham olunur.
Akif Nəsirli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru