ABŞ vətəndaşlarını Ukraynadan çıxarmaq üçün Polşaya hərbçilər göndərəcək

10-02-2022, 09:22           
ABŞ vətəndaşlarını Ukraynadan çıxarmaq üçün Polşaya hərbçilər göndərəcək
Ağ Ev Pentaqonun ABŞ vətəndaşlarının Ukraynadan təxliyəsini təşkil etmək üçün Polşaya hərbçilərin yerləşdirilməsi planını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiyanın müdaxiləsi olarsa, ABŞ öz vətəndaşlarını Polşaya aparmağı planlaşdırır.

ABŞ hərbçiləri yaxın günlərdə Polşa və Ukrayna sərhədində nəzarət-buraxılış məntəqələri və çadır şəhərcikləri qurmağa başlayacaq.

Bundan əvvəl Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib ki, Amerika ordusunun əlavə qüvvələri ölkənin cənub-şərqində Ukrayna sərhədlərinə yaxın ərazidə yerləşdiriləcək.

Beləliklə, 1 700 əsgər Rzeşov yaxınlığındakı Yasionka hava limanı vasitəsilə Polşaya gəlməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru