Yeni strateji rəqabətlə üzləşmişik - ABŞ generalı

10-02-2022, 11:23           
Yeni strateji rəqabətlə üzləşmişik - ABŞ generalı
Rusiya Ukraynaya hücum etsə, Suriya da daxil olmaqla, Yaxın Şərqdə daha geniş qeyri-sabitliyə gətirib çıxaracaq.

Axar.az xəbər veir ki, bu barədə amerikalı general Erik Kurilla Senatda dinləmələr zamanı çıxışında deyib.

General bildirib ki, Çin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) təsir zonasında, o cümlədən ABŞ-ın Əfqanıstandakı ekstremist fəaliyyətlə bağlı kəşfiyyat məlumatı toplaması lazım olan ölkələrdə öz gücünü və xərclərini artırır:

“Birləşmiş Ştatlar Çin və Rusiya ilə bir coğrafi regiondan kənara çıxan və Mərkəzi Komandanlığın məsuliyyət zonasına qədər uzanan yeni strateji rəqabət dövrü ilə üz-üzədir. ABŞ haqlı olaraq Çinlə rəqabətə üstünlük verdiyi üçün biz Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya ilə əlaqələrimizi davam etdirməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru