ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşıb

10-02-2022, 12:53           
ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşıb
ABŞ-da neft ehtiyatlarınımn azalması fonunda dünya bazarında "qara qızıl"ın qiymətləri artıb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,01% bahalaşaraq, 1 bareli 91,56 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,06% artaraq 1 barel üçün 89,71 ABŞ dolları təşkil edib.

ABŞ-ın Energetika Nazirliyi məlumatına əsasən, fevralın 4-dək olan həftə ərzində ölkənin "qara qızıl”ın kommersiya ehtiyatları 4,8 milyon barel azalıb. Ekspertlər azalmanın 0,4 milyon barel təşkil edəcəyini güman edirdilər. 1,6 milyon barel artacağı gözlənilən benzin ehtiyatları da gözlənilmədən 1,6 milyon barel azalıb.

Treyderlər OPEC-in hesabatının açıqlanmasını gözləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru