NATO-nun şərq cinahının gücləndirilməsi müzakirə olunub

11-02-2022, 00:02           
NATO-nun şərq cinahının gücləndirilməsi müzakirə olunub
ABŞ dövlət katibi Entoni Blinken ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays açıqlama yayıb.

Tərəflər NATO-nun şərq cinahının gücləndirilməsinə dair müzakirələr aparıblar.

Söhbət zamanı Rusiya tərəfindən Ukraynaya təhdidlərə qarşı cavab tədbirlərinin əlaqəli şəkildə hazırlanması, Moskvanı gərginliyi azaldaraq qarşılıqlı dialoq aparmağa sövq etmək istiqamətində diplomatik səylər, ABŞ və müttəfiq qüvvələrinin yeni yerləşməsi kimi məsələlər gündəmə gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru