ABŞ qoşunlarını Danimarkada yerləşdirə bilər

11-02-2022, 00:06           
ABŞ qoşunlarını Danimarkada yerləşdirə bilər
Danimarka və ABŞ arasında yeni hərbi müqavilənin imzalanması müzakirə olunur. Bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sazişin məqsədi müasir hərbi çağırışlara qarşı effektli cavab mexanizmlərini formalaşdırmaqdır.

Həmçinin, qeyd olunub ki, yeni anlaşma ölkədə ABŞ hərbçilərinin yerləşdirilməsinə də imkan verəcək.

Qeyd edək ki, artıq Danimarka Baş Naziri də məsələ ilə bağlı açıqlama verib. O bəyan edib ki, hazırda müzakirə edilən yeni müdafiə sazişinin Ukrayna ətrafındakı vəziyyətlə əlaqəsi yoxdur.( “RİA Novosti”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru