İsveç ölkənin ən güclü nüvə reaktorunu bağlayacaq

11-02-2022, 09:08           
İsveç ölkənin ən güclü nüvə reaktorunu bağlayacaq
İsveç atom elektrik stansiyalarında quraşdırılan ən güclü "Oskarshamn-3" reaktoru yanacağın zədələnməsi səbəbindən müvəqqəti olaraq istismardan çıxarılıb. "Report" xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

AES reaktorları müntəzəm olaraq planlı profilaktik təmirdən keçir. "Oscarshamn-3"də təmir ötən ilin aprelində baş tutmalı idi.

Reaktorun dayandırılması fevralın 19-da baş tutacaq. Fövqəladə vəziyyətin insanlar və ətraf mühit üçün heç bir təhlükə yaratmadığı bildirilir.

Nüvə reaktoru fevralın 27-dək 9 gün müddətinə bağlanacaq.

“Oskarshamn-3” 1 450 meqavat elektrik enerjisi istehsal edir ki, bu da istismar müddəti bitmiş iki sələfinin birgə istehsalından çoxdur.

Mütəxəssislərin fikrincə, reaktorun dayandırılması elektrik enerjisinin bahalaşması riski deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru