London polis rəisi Baş nazirin ofisindəki qalmaqala görə istefa verib

11-02-2022, 11:17           
London polis rəisi Baş nazirin ofisindəki qalmaqala görə istefa verib
London polis rəisi Kressida Dik vəzifəsindən getdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

Polis rəsiinin istefası Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisində iddia edilən koronavirus məhdudiyyətlərinin pozulması ilə bağlı araşdırmanı tənqid etməsi fonunda baş verib.

"Bu gün London meri ilə söhbətdən sonra məlum oldu ki, o artıq mənim rəhbərliyimə etibar etmir. Sadiq Xan mənə Metropoliten Polis Xidmətinin komissarı vəzifəsini tərk etməkdən başqa variant qoymadı",- Dik bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru