Jirinovskinin vəziyyəti daha da pisləşdi - YAXINLARINI TANIMIR...

11-02-2022, 12:37           
Jirinovskinin vəziyyəti daha da pisləşdi -
Moskvanın Mərkəzi klinik xəstəxanasına COVID-19 ilə yerləşdirilən LDPR lideri Vladimir Jirinovskinin vəziyyəti daha da pisləşib. Bu barədə URA.RU özünün Telegram kanalında öz mənbələrinə istinadən yazır.

Bildirilir ki, siyasətçi artıq öz yaxın qohumlarını belə tanımır. Vəziyyəti ağırdır və həkimlər yaxşılığa doğru heç bir proqnoz vermirlər.

Fevralın 9-da Jirinovski koronavirus fonunda inkişaf etməyə başlayan ikitərəfli pnevmoniya ilə xəstəxanaya yerləşdirilib. Ağciyərlərin zədələnmə səviyyəsi bir tərəfdən 30 faiz, digər tərəfdən isə 50 faiz idi. Siyastçini süni nəfəs aparatına qoşublar, lakin vəziyyət proqressivləşən şəkərli diabet səbəbindən ağırlaşmağa davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru