ABŞ Ukraynaya daha 90 ton sursat göndərib

11-02-2022, 16:35           
ABŞ Ukraynaya daha 90 ton sursat göndərib
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ABŞ-ın Ukraynaya daha 90 ton sursat göndərdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri "Facebook"da səhifəsində yazıb.

Bu gün ABŞ-dan Ukrayna Silahlı Qüvvələri üçün daha 90 ton sursat alınıb. ABŞ-ın hərbi yardımının ümumi çəkisi indi 1300 tona çatır!” — deyə qeyd edib.

Fevralın 5-də ABŞ-dan 86 ton döyüş sursatı olan səkkizinci təyyarənin Ukraynaya gəldiyi bildirilib.

Qonşu dövlətin sərhədləri yaxınlığında Rusiya qüvvələrinin artması ilə bağlı Rusiyanın “işğalının” qorxusu fonunda ABŞ Ukraynaya hərbi dəstəyi əhəmiyyətli dərəcədə artırıb. Kiyev ABŞ-ın ilk yardım paketini yanvarın 22-də alıb.

Ukraynaya ABŞ-dan başqa Polşa, Kanada və Böyük Britaniya da hərbi yardım edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru