ABŞ-ın Kiyevdəki səfirliyi bildirib ki, ABŞ artıq Ukraynaya 15 reys hərbi yardım göndərib. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, ABŞ hökuməti silah tədarükünün çatdırılma prosesinin davam edəcəyini bildirib. "On beş uçuş həyata keçirilib. Uçuşlar davam edəcək”. Bundan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirmişdi ki, hazırda ABŞ-ın hərbi yardımının ümumi çəkisi 1300 tonu keçib.