Bolqarıstana dörd NATO döyüş təyyarəsi gəlib

12-02-2022, 00:05           
Bolqarıstana dörd NATO döyüş təyyarəsi gəlib
NATO hava məkanını mühafizə missiyasında iştirak etmək məqsədilə Bolqarıstandakı Qraf-İqnatyevo aviabazasına “Eurofighter” qırıcıları gəlib. Bu barədə cümə günü ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qraf-İqnatyev aviabazasına dörd qırıcı enib, martın 31-dək qırıcılar və 130 İspaniya ordusunun hərbi qulluqçusu Bolqarıstan Hərbi Hava Qüvvələrindəki həmkarları ilə birlikdə hava məkanının gücləndirilmiş mühafizəsi üzrə tapşırıqları yerinə yetirəcək”, - məlumatda deyilir.

Daha əvvəl Müdafiə Nazirliyi xatırladıb ki, NATO-nun hava məkanının mühafizəsi dinc, müvəqqəti, kollektiv və müdafiə missiyasıdır. Bolqarıstan hökuməti birgə əməliyyatın keçirilməsinə yanvarın 24-də icazə verib.
Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru