Zelenski ərazi müdafiə qüvvələrinin artırılması barədə göstəriş verdi

12-02-2022, 00:09           
Zelenski ərazi müdafiə qüvvələrinin artırılması barədə göstəriş verdi
Ukrayna Prezidenti Vladimir Zelenski ərazi müdafiə qüvvələrinin sayını artırmaq barədə göstəriş verib.

Manşet.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bildirib.

“Biz ərazi müdafiəsi məsələləri ilə məşğul olacaq hərbçilərimizin sayını maksimuma çatdırmalıyıq. Ərazi müdafiəsi üzvlərinin sayı lazım gələrsə, ölkəmizi müdafiə etməyə hazır olan iki milyon vətəndaşa çatmalıdır”, - Danilov qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı Yuri Qaluşkin yanvarda bildirmişdi ki, onların sayı sülh dövründə on min hərbçi olacaq, lazım gələrsə, bir neçə yüz min ehtiyatda olan hərbçiləri də cəlb edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru