“Blinkenin “Çin təcavüzü” barədə fikirləri siyasi yalandır” - Çin XİN

12-02-2022, 08:16           
“Blinkenin “Çin təcavüzü” barədə fikirləri siyasi yalandır” - Çin XİN
ABŞ dövlət katibi Entoni Blinkenin «Çin təcavüzü» barədə mülahizələri siyasi yalan və böhtandır. Vaşinqton beləcə «Çin təhdidi» nəzəriyyəsini sırımağa cəhd edir və Pekinə təzyiq gstərməyə çalışır.

Bu barədə fevralın 11-də ÇXR XİN rəsmi nümayəndəsi Çjao Litszyan bəyan edib.

“Bu, siyasi yalandır. Amerika tərəfi“Çin təhdidindən” danışır ki, Çini şərləsin və ölkənin inkişafına yavaşıdıcı təsir göstərsin. Blinkenin belə fikirləri əminliklə sübut edir ki, Birləşmiş Ştatlar “soyuq müharibə” düşüncələrini əldə rəhbər tutur. Biz Amerika tərəfinin belə bəyanatını qətiyyətlə rədd edirik “ – deyə o, brifinqdə qeyd edib.

Bundan əvvəl Entoni Blinken bəyan edib ki, Çin aparıcı hərbi, iqtisadi, diplomatik və siyasi dünya gücü olmağa can atır. Birləşmiş Ştatlar və Avstraliya isə “buna qarşı durmalıdır”.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru