Ağ Ev 14 milyard dollarlıq qırıcı satışını təsdiqlədi
12-02-2022, 08:57
Ağ Ev İndoneziyaya 36 F-15 qırıcısının satışı ilə bağlı müqaviləni təsdiqləyib. Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bildirib.
Müqavilənin ümumi dəyəri 13,9 milyard avrodur. Dövlət katibi sözügedən müqaviləni ABŞ-ın xarici siyasət maraqları üçün vacib adlandırıb. ( The Diplomat)