ABŞ və Avropa diplomatları Ukraynanı tərk edir

12-02-2022, 08:52           
ABŞ və Avropa diplomatları Ukraynanı tərk edir
ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Ukraynadakı diplomatik heyətin azaldılacağını bəyan edib.

O, Birləşmiş Ştatların vətəndaşlarının Ukraynanı 24-48 saat ərzində tərk etməli olduqlarını bildirib.

Avropa İttifaqı da Ukraynada olan birinci dərəcəli diplomatlar xaric, digər diplomatik personalın ölkəni tərk etməsini xahiş edib.

Aİ Komissiyasının sözçüsü Peter Stano prioritet mövqelərdə olmayan əməkdaşlara Ukraynanı tərk etməyə icazə verildiyini açıqlayıb.

Qeyd edək ki, son 24 saat ərzində ABŞ, Böyük Britaniya, Niderland, Yaponiya, Cənubi Koreya və İsrail kimi bir çox ölkələr öz vətəndaşlarından Ukraynanı dərhal tərk etmələrini istəyib.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru