Fransa daha 6 nüvə reaktoru inşa etmək istəyir

12-02-2022, 11:24           
Fransa daha 6 nüvə reaktoru inşa etmək istəyir
Fransa yaxın onilliklər ərzində öz ərazisində 6 yeni nüvə reaktoru inşa edəcək.

Teref.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron məlumat verib. Fransanın yeni nüvə strategiyasını təqdim edən dövlət başçısı ölkədə atom sənayesinin inkişafı üçün lazımi şəraitin mövcud olduğunu bildirib. Makronun sözlərinə görə, yeni nəsil reaktorların inşası və istismarı ilə dövlət enerji şirkəti EDF məşğul olacaq. 6 nüvə reaktorunun tikintisi təxminən 50 milyard avroya başa gələcək.

Fransa prezidenti bildirib ki, ilk reaktorun 2035-ci ildə istismara verilməsi planlaşdırılır. Ölkədəki köhnə nüvə reaktorlarının bağlanması məsələsinə gəlincə, Emmanuel Makron buna qarşı çıxıb və onların istismar müddətinin 50 ildən çox uzadılmasına nail olacağını vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru