“The Daily Telegraph” Rusiyanın DNT "oğurlaması" ilə bağlı məqaləni silib - FOTO
12-02-2022, 13:23
Britaniyanın məşhur “The Daily Telegraph” nəşri Rusiya ilə bağlı qalmaqallı məqaləsini silib. xəbər verir ki, məqalə Böyük Britaniyanın xarici işlər naziri Liz Trasın Moskvaya son səfərində Rusiyanın onun DNT-sini “oğurlaması” ilə bağlı idi. Nəşr yazmışdı ki, Moskva Britaniya diplomatiyası rəhbərinin DNT-sini Moskvada PCR testindən keçən zaman əldə edə bilər. Lakin məqalə hazırda qəzetin saytında yoxdur. “The Daily Telegraph” onu silib. Putinlə Makron niyə böyük masa ətrafında əyləşib? Səbəb açıqlandı Qeyd edək ki, Qərb informasiya ictimaiyyətinin “DNT-isteriyasına” səbəb Fransa prezidenti Emmanuel Makronun Moskvada ikinci kovid testindən keçməkdən imtina etməsi olub. Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı açıqama verərək deyib ki, Moskvada danışıqlar zamanı Putin və Makronun dörd metrlik masa arxasında oturmasına səbəb məhz Fransa liderinin test verməməsi olub.