Potensial müharibə fonunda britaniyalı hərbi təlimçilər Ukraynanı tərk edirlər

12-02-2022, 14:57           
Potensial müharibə fonunda britaniyalı hərbi təlimçilər Ukraynanı tərk edirlər
Böyük Britaniyadan göndərilən tank əleyhinə idarə olunan raketlərlə rəftar üzrə hərbçilərə təlim keçmək üçün Ukraynaya göndərilmiş britaniyalı hərbi təlimatçılar fevralın 12-13-də ölkəni tərk etməyə başlayacaqlar.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi danışıb.

“Onların hamısı çıxarılacaq. Ukraynada münaqişə halında heç bir britaniyalı hərbi qulluqçu qalmayacaq”, - C.Hippi vurğulayıb.

Qeyd edək ki, ötən gün “Politico” nəşri ABŞ Prezidenti Cozef Baydenin sözlərinə istinad edərək Ukraynada müharibənin fevralın 16-da başlaya biləcəyini bildirib. Eyni zamanda bir sıra beyin mərkəzləri Ukrayna və Rusiya arasında qarşıdurmanın hazırda davam edən Qış Olimpiya Oyunları zamanı baş verə biləcəyini qeyd ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru