Kadırovu istefaya çağıran petisiyaya 200 mindən artıq şəxs qoşulub
13-02-2022, 09:07
Siyasətçi İlya Yaşin tərəfindən tərtib olunmuş və Çeçenistanın başçısı Ramzan Kadırou istefaya çağıran petisiyaya 200 mindən artıq şəxs qoşulub. Bu rəqəm artmaqda davam edir. Xatırladırıq ki, petisiya 5 gün bundan əvvəl yaradılıb.
Petisiyada deyilir ki, Ramzan Kadırov Çeçenistanda «dövlət içində dövlət» yaradıb və orada özünün şəxsi qanunları fəaliyyət göstərir, Rusiya Federasiyasının qanunvericiliyi yox.
Yaşin Kadırovın həm özü və həm də bilavasitə ətrafı tərəfindən jurnalistlərin, hüquq müdafiəçilərinin və onların ailə üzvlərinin ünvanına olan təhdidləri xatırladr.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə hesab edir ki, «Change.org» platformasında səsləri saxtalaşdrmaq olar.