Bu ölkə bütün COVID qadağalarını LƏĞV ETDİ

13-02-2022, 10:45           
Bu ölkə bütün COVID qadağalarını LƏĞV ETDİ
Norveçin Baş naziri İonas Qar Stor koronavirusun artıq ciddi təhlükə olmadığını və bütün qadağaların ləğv edildiyini bildirib.

Teref.az xəbər verir ki, bu barədə “BNO News” agentliyi məlumat yayıb.

Mətbuat konfransında Stor maska və sosial məsafə qaydalarının ləğv ediləcəyini qeyd edib. O vurğulayıb ki, bu, epidemiyanın tamamilə bitdiyi anlamına gəlmir, simptomları olan insanlar müayinədən keçməlidir.

“Ancaq bu gün bir-birimizə yaxınlaşmaqdan qorxmadan çölə çıxıb birlikdə ola bilərik. Bu, yaxşı hissdir və həftə sonu üçün yaxşı bir başlanğıcdır”, – ölkənin Baş naziri deyib.
modern












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru