Ukraynada rusların ölkəyə girişinə qoyulan qadağa yalandır

13-02-2022, 11:04           
Ukraynada rusların ölkəyə girişinə qoyulan qadağa yalandır
Ukrayna rusların ölkəyə girişinə qadağa qoyulması barədə xəbəri təkzib edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko Teleqraf nəşrinə müsahibə verib. O, rusların ölkəyə girişinə qadağa qoyulması ilə bağlı məlumatı təkzib edib.

“Siz şayiələrə inanmamalısınız. Dövlət sərhədinin keçilməsi haqqında Ukrayna qanunvericiliyi var və sərhədçilər buna ciddi riayət edirlər”,-deyə Demçenko bildirib.

Ukrayna sərhəd xidmətinin nümayəndəsi qeyd edib ki, hər gün onlarla əcnəbi müxtəlif səbəblərə görə, Ukrayna ərazisinə buraxılmır.

Demçenko qeyd edib ki, onların arasında ruslar da var ki, bu vətəndaşlar da hamı kimi ölkə ərazisinə daxil olmazdan əvvəl giriş şərtlərini yerinə yetirməlidirlər.

Qeyd edək ki, bi rmüddət əvvəl Ukrayna mediasında rusların ölkəyə girişinin tamamilə qadağan edilməsi barədə xəbərlər yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru