Amerikalılar növbəti seçkilərdə Tramp və Baydenə səs verməkdən imtina edirlər

14-02-2022, 10:34           
Amerikalılar növbəti seçkilərdə Tramp və Baydenə səs verməkdən imtina edirlər
ABŞ-ın Demokratlar və Respublikaçılar partiyalarının xeyli saydatərəfdarı ABŞ prezidenti Co Bayden və onun sələfi Donald Trampıdəstəkləməkdən imtina edib.

Trend xəbər verir ki, bu SSRS şirkətinin CNN telekanalınınsifarişi ilə keçirdiyi sorğuda deyilir.

Respondentlər 2024-cü ildə keçiriləcək növbəti prezidentseçkiləri zamanı yeni namizədlər görmək istədiklərinibildiriblər.

Sorğuya görə, demokratların tərəfdarlarının 51 faizi partiyadanyeni namizədin Bayden deyil, yeni namizəd irəli sürülməsiniarzulayıblar, onların 35 faizi Baydenin Respublikaçı namizədiməğlub edə biləcəyinə şübhə etdiyini bildirib. Sorğuda iştirakedənlərin 19 faizi onun yaşından narahatdır, çünki Baydenin 2024-cüildə 82 yaşı olacaq.

Trampın 2024-cü ildə namizədliyinin tərəfdarları və əleyhdarlarıarasında səslər demək olar ki, bərabər bölünüb: sorğuiştirakçılarının 50 faizi onun namizədliyinin lehinə olub, 49 faizihesab edir ki, başqa siyasətçi partiyadan seçkiyə getməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.