Rusiya qoşunları Xarkovdan geri çəkilib

25-02-2022, 08:42           
Rusiya qoşunları Xarkovdan geri çəkilib
Müdafiə naziri Aleksey Reznikov öz Facebook səhifəsində yazıb ki, Luqansk və Sumı bölgələrində və Kiyevin şimalında ağır döyüşlər gedir. Onun sözlərinə görə, ölkənin cənubunda çətin vəziyyət yaranıb, lakin “düşmən bunu gözləmirdi”.

“Düşmən Xarkov yaxınlığında dayandırılıb. Şərqdə bir çox bölgədə susdurulub geri çəkildi. Rusiyalı işğalçılar artıq təslim olur. Kreml havadan hücum da daxil olmaqla yeni hücum dalğası hazırlayır. Amma ordumuz onunla görüşməyə hazırdır”, – Reznikov bildirib.

Müdafiə naziri xatırladıb ki, Ukrayna silahlı qüvvələri tərəfdaşlardan alınan müasir silahlardan fəal şəkildə istifadə edir və dünya ictimaiyyəti sanksiyalar tətbiq etməyə başlayır.

“Silahlı qüvvələr, sərhədçilər, xilasedicilər, digər güc strukturlarının döyüşçüləri qəhrəmancasına müdafiə olunurlar. Bütün xalq yavaş-yavaş müqavimətə qoşulur. Artıq minlərlə vətəndaş Ərazi Müdafiə Qoşunlarının sıralarına qoşulub… Sabah rusiyalılalar Putinin əməllərinin nəticəsini görəcəklər. Biz öz torpağımızdayıq və geri çəkilməyəcəyik”, – deyə müdafiə idarəsinin rəisi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru