Ukrayna Rusiya hərbçilərinin "minlərlə cəsədini" Rusiyaya aparmağı xahiş etdi
26-02-2022, 16:48
Ukrayna baş nazirinin müavini İrina Vereşuk Beynəlxalq Qızıl Xaç Komitəsindən Ukraynada həlak olan rus əsgərlərinin cəsədlərini Rusiya Federasiyasına aparmağı xahiş edib.
"Biz Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edirik. Beynəlxalq Qızıl Xaç Komitəsindən rus əsgərlərinin cəsədlərini Rusiya Federasiyasına aparmağa köməklik göstərməsini xahiş edirik. Minlərlə cəsəd var. Bu, humanitar ehtiyacdır", - Vereşuk deyib.
Vereşuk Qırmızı Xaç Komitəsindən bu humanitar problemi aradan qaldırmaq üçün dəstək olmasını xahiş etdi.
Bundan əlavə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko axşam saatlarında Kiyevin rus hərbçilərinin qohumları üçün qaynar xətt açacağını açıqlayıb.
Hərbi əməliyyatın üç günü ərzində Rusiya Müdafiə Nazirliyi bir dəfə də hərbi kontingent arasında ölən və yaralananların xülasəsini verməyib./virtual