İŞİD Dəməşqdə 340 nəfəri girov götürdü

7-04-2016, 23:12           
İŞİD Dəməşqdə 340 nəfəri girov götürdü
"İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının silahlıları 340 nəfəri girov götürüblər.

Virtualaz.org bildirir ki, bu barədə dövlərə məxsus "Əl-İxbariya" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Suriyanın paytaxtı Dəməşqin şimalında baş verib. Girov götürülənlərin hamısı fəhlələrdir.

SANA agentliyinin məlumatına görə, fəhlələr "Al Badia Cement" şirkətində işləyirlər.

Şahidlər bildiriblər ki, onları maşınlara dolduraraq terrorçuların bazasının yerləşdiyi Quta rayonu istiqamətinə aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru