Ermənistan Rusiyadan silah diləndi

7-04-2016, 23:14           

Ermənistanın baş naziri Ovik Abraamyan rusiyalı həmkarı Dmitri Medvedevə müraciət edərək, silah təchizatı üçün müqavilənin imzalanmasının sürətləndirilməsini xahiş edib.

“Rusiya tərəfinə Ermənistanın ehtiyacları üçün hərbi təyinatlı malların alınması üçün dövlət ixrac kreditinin verilməsinə görə minnətdarıq. Lakin sazişin müddəalarının yerinə yetirilməsində müəyyən ləngimələr var. Ona görə də sizdən “Rosoboroneksport”a müqavilənin imzalanması barədə göstəriş verməyinizi xahiş edirəm”, - Ermənistanın baş naziri deyib.

Ovik Abraamyan bu bəyanatla Rusiyanın baş naziri Dmitri Medvedevlə İrəvanda geniş tərkibli danışıqlar zamanı çıxış edib. (musavat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru