Ukrayna Rusiyanı “sükut rejimini” pozmaqda ittiham etdi
5-03-2022, 17:51
Dinc əhalinin Mariupoldan təxliyyəsi təxirə salınıb. Bu barədə Donetsk Regional Dövlət Administrasiyasının rəhbəri Pavlo Kirilenko öz Telegram kanalında yazıb. “12:45 Mariupoldan dinc əhalinin təxliyəsi təxirə salındı! Rusların “sükut rejiminə” əməl etməməsi və Mariupolun özünü və ətrafını atəşə tutmağı davam etdirməsi səbəbindən təhlükəsizlik məqsədilə əhalinin təxliyyəsi təxirə salınıb”, - Kirilenko yazıb.
Regional Dövlət Administrasiyasının rəhbəri insanları toplaşdıqları yerlərdən tez bir zamanda sığınacaqlara getməyə çağırıb.
Qeyd edək ki, Mariupolda şənbə günü saat 11:00-dan etibarən mülki əhalinin təxliyyəsi başlanmalı idi.