Putin Ukraynaya görə NATO ilə toqquşmağın təhlükələrindən danışdı

6-03-2022, 00:04           
Putin Ukraynaya görə NATO ilə toqquşmağın təhlükələrindən danışdı
“Ukraynanın NATO-ya qəbul olunması hərbi münaqişə zamanı onu dəstəkləməyə imkan verəcək və onlar Krıma da girəcəklər”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Getdikcə daha fəal danışmağa başladılar ki, Ukrayna NATO-ya qəbul ediləcək. Bilirsiniz, bu nəyə gətirib çıxara bilərdi? Bəlkə hələ də səbəb ola bilər? Əgər bu NATO ölkəsidirsə, təşkilatın yaradılması haqqında sazişə uyğun olaraq hərbi münaqişə baş verəcəyi halda alyansın bütün digər üzvləri bu ölkəni dəstəkləməlidir”, - deyə V.Putin qeyd edib.

V.Putin həmçinin xatırladıb ki, Krımı heç kim Rusiyanın olaraq tanımır:

“Demək ki, onlar Donbasda hərbi əməliyyatlar aparacaqlar. Həm də Krıma girəcəklər. O zaman biz bütün NATO ilə döyüşməli olacağıq. Bu nə deməkdir? Nəticələri aydındır yoxsa yox? Düşünürəm ki, hər kəs üçün aydındır”.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru