Ukraynanın xarici işlər naziri ABŞ Dövlət katibi ilə görüşüb - FOTO
6-03-2022, 08:51
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Kuleba “”Facebook”da bildirib. Görüş Polşa-Ukrayna sərhədində baş tutub. Görüşdə Ukraynaya əlavə yardımlar və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi müzakirə olunub.