Sinqapur ölkədəki şirkətlərə Rusiya bankları ilə maliyyə əməliyyatları aparmağı qadağan edib

6-03-2022, 09:46           
Sinqapur ölkədəki şirkətlərə Rusiya bankları ilə maliyyə əməliyyatları aparmağı qadağan edib
Sinqapur Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edib.

Belə ki, Sinqapur banklarına və digər maliyyə qurumlarına Rusiyanın dörd bankı - “VTB”, “VEB”, “Promsvyazbank”, “Rossiya” bankları ilə əməliyyatlar aparmaq qadağa edilib.

Qeyd edək ki, Rusiya silahlı qüvvələri Fevralın 24-dən etibarən Ukraynada hərbi əməliyyatlar keçirir.

Buna cavab olaraq bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Mənbə: The Straits Times












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru