Ukraynadakı vəziyyət İspaniyanın şərab ixracına təsir göstərir
6-03-2022, 10:28
Rusiya və Ukrayna arasında hərbi münaqişə İspaniyadan ümumilikdə 40,4 milyon avro dəyərində şərab ixracına da təsir edib.
AZƏRTAC xəbər verir ki, İspaniya şərab bazarı Rəsədxanasının (OEMV) hesablamalarına əsasən, ötən il Rusiyaya 24,2 milyon avro (28,7 milyon litr), Ukraynaya isə 16,2 milyon avro dəyərində şərab ixrac edilib. Ümumilikdə, İspaniyadan hər iki münaqişə ölkəsinə şərab ixracı ispan şərablarının xaricə ümumi həcminin və dövriyyəsinin müvafiq olaraq 1,43 faizini və 1,23 faizini təşkil edib.
İspaniyanın əsas üzümçülük regionu Rusiyanın əsas bazara çevrildiyi Riojadır ki, (2019-cu ildə Rusiyaya ixracın 4 faizi), bu kimi iri İspaniya şərab şirkətləri artıq Ukraynadakı vəziyyətin və Rusiyaya tətbiq olunan sanksiyaların biznesin açıq şəkildə itirilməsi ilə nəticələnəcəyindən narahatlığını bildiriblər.