Bennet Şoltsla 1 saat yarım nəyi müzakirə edib?

6-03-2022, 12:57           
Bennet Şoltsla 1 saat yarım nəyi müzakirə edib?
Almaniya kansleri Olaf Şolts ilə İsrailin Baş naziri Naftali Bennet arasında1 saat yarım davam edən görüş olub.

Axar.az xəbər verir ki, bu barədə Almaniya hökümətinin sözçüsü Şteffen Hebestreit sosial şəbəkə hesabında yazıb.

Sözçü bildirib ki, görüşün əsas mövzusu Bennetin dünən Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələri olub.

"Şolts və Bennett bu mövzuda yaxın təmasda olmaq qərarına gəldilər. Ortaq məqsəd Ukraynadakı müharibəni ən qısa zamanda bitirməkdir. Bütün gücümüzlə bunun üzərində çalışacağıq".

Qeyd edək ki, Bennett dünən Moskvada Putinlə təxminən 3 saat görüşdükdən sonra Şoltsla görüşmək üçün Berlinə getmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru