ABŞ Ukraynaya və qaçqınları qəbul edən ölkələrə kömək edəcək

6-03-2022, 17:07           
ABŞ Ukraynaya və qaçqınları qəbul edən ölkələrə kömək edəcək
ABŞ Ukraynaya və qaçqınları qəbul edən ölkələrə yardım üçün 2,5 milyard dollarlıq fond yaradacaq.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Moldova Prezidenti Maya Sandu ilə aparılmış danışıqların yekunlarına dair keçirilən brifinqdə deyib.

“Birləşmiş Ştatlar qaçqınları qəbul etdiyinə görə dünya ictimaiyyətinin minnətdarlığına layiq olan Moldovaya yardım göstərəcək. Co Bayden administrasiyası Ukraynaya və qaçqınları qəbul edən ölkələrə yardım üçün 2,5 milyard dollarlıq fövqəladə fondun təsdiqini xahiş edib”, - Blinken bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru