Cənubi Koreya Belarusa ixrac məhdudiyyətləri tətbiq edəcək

6-03-2022, 17:16           
Cənubi Koreya Belarusa ixrac məhdudiyyətləri tətbiq edəcək
Koreya Respublikası Belarusa qarşı ixracı məhdudlaşdıran tədbirlər tətbiq edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

"Hökumət Rusiyanın Ukraynadakı hərbi əməliyyatına faktiki dəstəyinə görə Belarusa ixraca nəzarət tədbirləri tətbiq etmək qərarına gəlib", - məlumatda deyilir.

Minskə qarşı məhdudiyyətlər Seulun fevralın 28-də Moskvaya qarşı tətbiq etdiyi tədbirlərlə eyni olacaq.

Cənubi Koreya hökuməti ABŞ da daxil olmaqla, müvafiq tərəfləri öz qərarı ilə bağlı məlumatlandıracaq, eləcə də bu addımlardan mənfi təsirə məruz qala biləcək Koreya şirkətləri və vətəndaşlarına dəstək tədbirlərini genişləndirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru