Zelenski rusiyalılara rus dilində müraciət etdi

6-03-2022, 17:44           
Zelenski rusiyalılara rus dilində müraciət etdi
Ukrayna prezidenti Rusiya sakinlərinə rus dilində müraciət edərək deyib ki, əgər onlar sussalar, əvəzlərinə yalnız yoxsulluq danışacaq.

Dövlət başçısı bu barədə yeni videomüraciətində bildirib.

O, Rusiya vətəndaşlarına rus dilində müraciət edib.

“Hazırda Rusiya Federasiyasının vətəndaşları tam eyni seçimi edirlər. Bu günlər. Bu saatlarda. Həyatla köləlik arasında. Bu gün. Sabah. Növbəti həftədə. Bu, hələ də düzəlməz itkilər olmadan şəri məğlub edə biləcəyiniz vaxtdır. Rusiya vətəndaşları! Sizin üçün bu, təkcə Ukraynada sülh uğrunda mübarizə deyil! Bu, sizin ölkəniz, onun içində olan ən yaxşı şeylər uğrunda mübarizədir. Azadlıq üçün, tərəqqi üçün. İndi sussanız, sonra yerinizə yalnız sizin yoxsulluğunuz danışacaq. Və buna ancaq repressiyalar cavab verəcək. Susmayın!” – deyə Ukrayna prezidenti əlavə edib.

Mənbə: “Unian”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru