BELARUS ORDUSU UKRAYNAYA QARŞI DÖYÜŞMƏKDƏN İMTİNA EDİR -Baş Qərargah rəisi istefa verdi

6-03-2022, 18:35           
BELARUS ORDUSU UKRAYNAYA QARŞI DÖYÜŞMƏKDƏN İMTİNA EDİR -Baş Qərargah rəisi istefa verdi
Fransa Prezidenti Emmanuel Makronun Belarus rəhbəri Aleksandr Lukaşenko ilə bir saatlıq telefon söhbəti nəticə verib. Xatırladaq ki, Makron ona Avropa Birliyinin "Savaşa qoşulsa Belarusa da Rusiya ilə eyni sanksiyaları tətbiq edəcəyik" xəbərdarlığını çatdırmışdı.

Bu gün Belarusun Müdafiə nazirinin müavini, Baş Qərargah rəisi, general-mayor Oleq Quleviç istefa verib.

O, müdafiə nazirinə ünvanladığı istefa ərizəsində hərbi hissələrin şəxsi heyətinin hərbi əməliyyatlarda iştirakdan kütləvi şəkildə imtina etdiyini, bu səbəbdən hücum batalyonlarını formalaşdırmağın mümkünsüzlüyünü yazır.

Nəticədə, Belarus Silahlı Qüvvələri Ukraynada savaşmaq üçün bircə batalyon və ya hərbi birləşmə yarada bilməyib. Baş Qərargah rəisi əminliklə deyir ki, hətta hərbi hissələrin rəhbərliyinin dəyişdirilməsi də müsbət nəticə verməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru