Ukrayna sülhməramlı kontingent yaratmaq xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib

7-03-2022, 00:16           
Ukrayna sülhməramlı kontingent yaratmaq xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib
Ukrayna mühüm sənaye infrastrukturunu qorumaq üçün sülhməramlı kontingent yaratmaq xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib.

TNS xəbər verir ki, bu barədə "Ukrayna 24" telekanalının efirində Prezident Ofisinin rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

“Ukraynadakı mühüm infrastruktur obyektlərinə (atom elektrik stansiyaları, kimya sənayesi obyektləri) təhlükəni nəzərə alaraq, biz BMT Təhlükəsizlik Şurasına müraciət etdik ki, bu obyektləri qorumaq üçün sülhməramlı kontingent daxil edilsin. Təcavüzkar ölkə buna mane ola bilməz", - Sibiqa bildirib.

Sibiqa onu da əlavə edib ki, bu gün Ukrayna Prezidenti Rusiya Federasiyasının hərbi cinayətləri üzrə beynəlxalq yurisdiksiyalarda Ukraynanın iddialarını və onların Ukrayna xalqının soyqırımı kimi qiymətləndirilməsini təmin edəcək xüsusi hüquq qrupunun yaradılması haqqında fərman imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru