Yaponiya Qərblə Rusiya neftinə qadağa qoyulmasını müzakirə edir
7-03-2022, 11:40
Yaponiya hakimiyyəti ABŞ və Avropa ölkələri ilə Rusiyadan neft tədarükünün qadağası haqqında danışıqlar aparır. Teref.Az APA-ya istinadən bildirir ki, Rusiyaya qarşı sanksiyalar Donbasın təhlükəsizliyi ilə bağlıdır.
Danışıqların formatı və məzmunu ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Agentliyin məlumatına görə, hazırda Yaponiyaya tədarük olunan neftdə Rusiyanın payı təxminən 4 faizdir.