Çinin Rusiya ilə ticarət dövriyyəsi 39% artıb

7-03-2022, 11:53           
Çinin Rusiya ilə ticarət dövriyyəsi 39% artıb
Bu ilin yanvar-fevral aylarında Çinin Rusiya ilə ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövü ilə müqayisədə 38,5% artaraq 26,43 milyard ABŞ dollarına çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsindən bildirilib.

Məlumata görə, son 1 ildə Çindən Rusiyaya ixracın dəyəri 41,5% artaraq 12,62 milyard dollar, Rusiyadan Çinə ixracın dəyəri isə 35,8% artaraq 13,81 milyard dollar olub. Son nəticədə Rusiyanın xeyrinə 1,19 milyard dollarlıq müsabət saldo yaranıb ki, bu da illik müqayisədə 26,3% çoxdur.

Xatırladaq ki, 2020-ci ildə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Çinin Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 2,9% azalaraq 107,76 milyard dollara düşsə də, 2021-ci ildə isə bu rəqəm 35,8% aratarq, 146,88 milyard dollar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru