Yaponiya Rusiyanı 3-cü dərəcəli təhlükəli ərazi elan etdi
7-03-2022, 12:50
Yaponiya Xarici İşlər Nazirliyi Rusiyanın bütün ərazisini 3-cü dərəcəli təhlükəli ərazi (4 mümkün təhlükə səviyyəsindən) təyin edib.
Redaktor.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu, Rusiyaya səyahət etməmək tövsiyəsini özündə ehtiva edir. Ötən həftədən etibarən Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrinə 4-cü səviyyə təyin edilib ki, bu da həmin əraziləri tərk etmək çağırışı demək idi.
Rəsmi Tokionun məlumatına görə, hazırda Rusiyada 2 400 yaponiyalı var.