Almaniya HDQ Kalininqrad istiqamətində yerini dəyişib
8-03-2022, 00:04
Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) freqatları Baltik dənizinin Kalininqrad rayonunda daimi patrul xidmətinə keçiblər. “AzPolitika.info” xəbər verir ki, bu barədə naviqasiya portalları məlumat yayıblar.
Məlumata görə, Almaniyanın «Vesselfinder və Myshiptracking» freqatları Baltik dənizində Kalininqrad körfəzi rayonunda daimi patrul xidmətinə keçiblər.
Xəbər verildiyi kimi, martın 3-də Sachsen (F21) alman freqatı Kalininqrad körfəzinə daxil olub və vilayətin sahili boyunca keçid həyata keçirib. Vesselfinder naviqasiya portalının məlumatına görə, gəmi sahildən 16 mil məsafəyə qədər üzüb.
Almaniya gəmilərinin Rusiya eksklavı sahilində patrul xidməti bununla başa çatmır. Almaniya freqatı 5 gün ardıcıl olaraq Kalininqrad körfəzində patrul xidməti aparır və Kildən(Almaniya) yerini Polşanın Qdınya limanına dəyişib.
Xəbərə görə, martın 7-də “Sachsen” freqatı da Kalininqrad rayonuna keçid edib və Litvanın iqtisadi zonasına doğru istiqamət götürüb.