Zelenski “Ronald Reyqan Azadlıq Medalı” ilə təltif edildi
8-03-2022, 09:19
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Prezident Ronald Reyqan Fondunun rəhbəri Frederik Rayan tərəfindən Ukrayna Prezidenti Vladimir Zelenski üçün təqdim edilən Ronald Reyqan Azadlıq Medalını qəbul edib.
Bu barədə Zelenskinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Azadlıq Medalı 1992-ci ildə Prezident Ronald Reyqan Fondu tərəfindən təsis edilib. Mükafat görkəmli ictimai xadimlərə “dünyada azadlığın inkişafına mühüm və əbədi töhfə verdiyinə görə” təqdim edilir.