Baş Qərargah: "Rusiya Ukraynada təxminən 12 min hərbçi itirib"

8-03-2022, 12:16           
Baş Qərargah: "Rusiya Ukraynada təxminən 12 min hərbçi itirib"
Rusiya ordusunun Ukrayna ərazisindəki ümumi döyüş itkiləri martın 8-nə olan məlumata görə, təxminən 12 min nəfər təşkil edib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti özünün yutub kanalında məlumat yayıb.

Bu müddət ərzində Rusiya Federasiyası həmçinin 303 tank, 1036 zirehli döyüş maşını, 120 artilleriya sistemi, 56 reaktiv yaylım atəş sistemi, 27 hava hücumundan müdafiə sistemi, 48 təyyarə, 80 helikopter, 474 nəqliyyat vasitəsi, 3 gəmi, 60 yanacaq sisterni və 7 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı itirib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi nəticəsində çətinləşir”, - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru