Lüksemburq Ukraynaya 250 milyon avroluq maliyyə yardımı ayırıb

8-03-2022, 18:11           
Lüksemburq Ukraynaya 250 milyon avroluq maliyyə yardımı ayırıb
Lüksemburq Ukraynaya 250 milyon avro dəyərində maliyyə yardımı ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburqun Baş naziri Ksavyer Bettel ilə telefon danışığından sonra tviter səhifəsində məlumat verib.

“Ölkənin böyüklüyünü onun hərəkətləri sübut edir. Mən Lüksemburqun Baş naziri ilə danışdım. O, humanitar vəziyyətdən danışdı. Baş nazirə 250 milyon avro yardıma, sanksiyalarla bağlı siyasətdə liderliyə, ukraynalı qaçqınlara dəstəyinə görə təşəkkür etdim. Biz Ukraynanın Avropa İttifaqına üzvlük yolunda növbəti addımlarını da müzakirə etdik”, - deyə V.Zelenski əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru