Ukrayna Avropa İttifaqının enerji şəbəkəsinə qoşulur

9-03-2022, 00:01           
Ukrayna Avropa İttifaqının enerji şəbəkəsinə qoşulur
Avropa Komissiyası (AK) yaxın gələcəkdə Ukraynanı Avropa İttifaqının enerji şəbəkəsinə qoşmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın enerji resurslarından imtina planını təqdim edən Avropa komissarı Kadri Simson deyib.

“Avropa Komissiyası Ukraynanın mümkün qədər tez bir zamanda Aİ-nin enerji sisteminə qoşulması üçün hər şeyi edəcək ki, bu ölkədə işıq yanmağa davam etsin. Biz bu ölkəyə yanacaq və generatorlar verməklə kömək etməyə davam edirik”, - o əlavə edib.

Avropa Komissiyasının təqdim etdiyi plan Avropa İttifaqının Rusiyadan 2030-cu ilə qədər neft və kömür, eləcə də bu ilin sonuna qədər Rusiya qazının idxalının üçdə ikisindən imtina etməyi nəzərdə tutur.

Bu plana tədarüklərin şaxələndirilməsi, alternativ enerji mənbələrinə keçidin sürətləndirilməsi və Avropa İttifaqının enerji səmərəliliyinin artırılması daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru