Polşa Ukraynaya öz döyüş təyyarələrini pulsuz verəcək
9-03-2022, 09:03
Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ölkə Ukraynanın istədiyi MiQ-29 qırıcılarını təhvil verməyə hazırdır.
Polşa hakimiyyəti dərhal və pulsuz olaraq bütün MiQ-29 təyyarələrini Almaniyadakı Ramştayn bazasına göndərməyə və onları ABŞ-a təhvil verməyə hazır olduqlarını açıqlayıb.
Eyni zamanda, Polşa ABŞ-dan ona müvafiq əməliyyat imkanlarına malik əvəzedici təyyarələr verməsini xahiş edir.