Makronun ilk seçkiqabağı mitinqi qalmaqalla yadda qaldı

9-03-2022, 10:03           
Makronun ilk seçkiqabağı mitinqi qalmaqalla yadda qaldı
Fransa prezidenti Emmanuel Makronun apreldə keçiriləcək prezident seçkiləri öncəsi ilk mitinqində qalmaqal yaşanıb.

Məlum olub ki, tədbir zamanı seçicilərin verdiyi suallar əvvəlcədən hazırlanaraq onlara paylanıb.


Qeyd edək ki, rəqibləri ilə mübahisə etməkdənsə, fransız xalqı ilə dialoqa üstünlük verdiyini deyən Makron seçki kampaniyasına Paris ətrafı Puassidə təxminən 250 nəfərin iştirakı ilə keçirilən tədbirlə başlayıb.

Fransa prezidentinin tərəfdarlarından olan Karl Olivyenin bələdiyyə sədri olduğu şəhərdə baş tutan görüşdə Makrona saxta maraq və sözlərinin alqışlarla kəsilməsi jurnalistlərin diqqətindən yayınmayıb.

Sual-cavab şəklində təşkil olunan tədbirdə seçicilərin Makrona verdiyi sualların əvvəlcədən diqqətlə hazırlanaraq yazıldığı, hər sualı kimin verəcəyi ilə bağlı kağızların iştirakçılara paylanıldığı üzə çıxıb.

Bu, ölkə ictimaiyytində ciddi qalmaqal yaradıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru